Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafada Yeni Azərbaycan Partiyasının yaradılmasının 22-ci ildönümü qeyd olundu

21 noyabr 2014 | 11:00

Bu gün Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının qərargahında Yeni Azərbaycan Partiyasının yaranmasının 22-ci ildönümünə həsr olunmuş geniş tədbir keçirildi .
Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev Mərkəzinin qarşısında ucaldılmış Azərbaycan xalqının ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək abidə önünə gül dəstələri qoydular, Ulu Öndərin xatirəsi ehtiramla yad olundu
Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının sədri Ramiz Tatarov əsası Naxçıvan şəhərində ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş Yeni Azərbaycan Partiyasının yaranma tarixindən, yarandığı vaxtdan keçdiyi inkişaf yolu barədə geniş nitq söylədi.
Sonra Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının veteran partiya üzvləri İlham İbrahimov, Nəriman Mehdixanlı, Dilşad Tağıyeva, partiyanın gənc üzvləri Xəyalə Rüstəmova, Qadınlar Şurasının sədri Şəhanə Osmanova, Gənclər Birliyinin sədri Anar Məmmədov Yeni Azərbaycan Partiyasının 22 ildə böyük inkişaf yolu keçməsindən, Ulu Öndərin siyasi kursunu bu gün Yeni Azərbaycan Partiyasının sədri, möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsi nəticəsində Azərbaycanın yeni-yeni uğurlar əldə etməsindən danışdılar.

Keçidlər