Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafada “Ümumrespublika yaşıllaşdırma” marafonu çərçivəsində növbəti ağacəkmə aksiyası keçirildi

22 noyabr 2014 | 11:00

22.11.2014-cü il tarixdə Ağstafada növbəti ağacəkmə aksiyası çərçivəsində 5500 ədəd müxtəlif növ yeni ağac əkildi. 
Belə ki, Bakı-Qazax avtomobil yolunun 460-cı kilometrliyində 250 ədəd, Ağstafa-Poylu-Gürcüstan dövlət sərhəd avtomobil yolunun 2-3-cü km-liyində 450 ədəd, Sadıqlı meşə massivində 4400 ədəd, Köhnəqışlaq meşə massivində 400 ədəd yeni ağacın əkilməsi təmin edildi.
Ümumilikdə rayon ərazisində keçirilən ağacəkmə aksiyaları çərçivəsində 7850 ədəd yeni ağac əkilmişdir.

Keçidlər