Şriftin ölçüsü :

Saytın rəngi :

“Heydər Əliyev siyasi məktəbini öyrənirik” kursunun növbəti dərsi tədris olunmuşdur

28 noyabr 2014 | 11:00

28 noyabr 2014-cü il tarixdə Ağstafa şəhər Heydər Əliyev Muzey-Mərkəzində “Heydər Əliyev siyasi məktəbini öyrənirik” kursunun növbəti mərhələsi tədris olunmuşdur. Dərsdə Köçəsgər kənd 2 saylı, Həsənsu, Tatlı, Vurğun, Köhnəqışlaq kənd tam orta məktəblərinin 11-ci sinif şagirdləri iştirak etmişdir.
Məktəblilər ilk öncə Heydər Əliyev Muzey-Mərkəzini ekskursiya etdilər. Burada onlara Ulu Öndərin həyat və fəaliyyəti haqqında geniş məlumat verildi. Daha sonra “Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır” mövzusunda dərsi  Ağstafa şəhər texniki–humanitar təmayüllü liseyin  tarix müəllimi  “Qabaqcıl təhsil işçisi” Qurbanov Dilavər İsgəndər oğlu  tədris etdi.
Dərslər müvafiq qrafikə uyğun olaraq 2015-ci ilin may ayınadək davam etdiriləcəkdir.

Keçidlər