Şriftin ölçüsü :

Saytın rəngi :

AĞSTAFA TƏHSİLİNİN UĞURU

17 dekabr 2014 | 11:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 17 dekabr, 2014-cü il tarixli  Sərəncamı ilə “Ən yaxşı müəllim” və  “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibləri mükafatlandırılmışdır.  2013/2014-cü tədris ilində keçirilmiş “Ən yaxşı müəllim” müsabiqəsində müvəffəqiyyət qazandıqlarına görə 5000 (beş min) manat məbləğində birdəfəlik pul mükafatı ilə mükafatlandırılanların siyahısında  Ağstafa şəhər texniki-hümanitar təmayüllü liseyin müəllimi Nəsirov Ramiz Rafael oğlu və Saloğlu qəsəbə tam orta məktəbinin müəllimi İsgəndərov Yaşar Çoban oğlu da vardır.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə  2013/2014-cü tədris ilində keçirilmiş “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsində müvəffəqiyyət qazandıqlarına görə Ağstafa rayonunun iki məktəbi mükafatlandırılmışdır. Ağstafa şəhər  1 nömrəli və Dağ Kəsəmən kənd 1 nömrəli tam orta məktəblərinə  Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 10000 (on min) manat  məbləğində birdəfəlik pul mükafatı verilmişdir.

Keçidlər