Şriftin ölçüsü :

Saytın rəngi :

Eynallı kəndində istirahət parkı istifadəyə hazırdır

22 dekabr 2014 | 11:00

Ağstafa rayonunda abadlıq, tikinti, quruculuq işləri günü-gündən sürətlənir və miqyası artırılır. Hazırda rayon mərkəzi ilə yanaşı bir sıra kəndlərdə də səhiyyə, mədəniyyət və digər sosial yönümlü obyektlərin əsaslı təmiri və yenidənqurma işləri həyata keçirilir.
   Ağstafa rayon Mərkəzi Xəstəxanasının Fizioterapiya və Reabilitasiya mərkəzinin, Dağ Kəsəmən kənd mədəniyyət evinin və Poylu kənd körpələr evi-uşaq bağçasının əsaslı təmir işləri sürətlə davam etdirilir.  Binaların dam örtükləri və qapı-pəncərələri yenilənir, müasir istilik sistemi quraşdırılır.
Həmçinin rayonun Eynallı kəndində sakinlərin istəyinə uyğun olaraq istieahət parkının tikintisi başa çatmaq üzrədir. Parkda yeni yaşıllıq zonası salınmış, sakinlərin istirahəti üçün müasir oturacaqlar qoyulmuş, uşaqların oynaması üçün qüşə yaradılmış və ağsaqqalların istirahət etmələri üçün dekorativ çardaqlar quraşdırılmışdır. Parkın ərazisində dekorativ səki daşları düzülmüş və işıqlandırma sistemi quraşdırılmışdır.
Park yaxın günlərdə istifadəyə veriləcəkdir.

Keçidlər