Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonda salınmış yaşıllıqlara qulluq və təmizlik işlər sürətlə davam etdirilir

24 yanvar 2015 | 11:00

Bu gün Ağstafada ənənəvi olaraq rayon ərazisində yeni salınmış yaşıllıqlara xüsusi qulluq və bütün yaşayış məntəqələri üzrə təmizlik işləri uğurla davam etdirildi. Tədbirdə rayonun idarə, müəssisə və təşkilat kollektivləri iştirak edirdi. Şəhər küçələrində, eləcə də Bakı-Qazax və Ağstafa-Poylu-Gürcüstan dövlət sərhəd avtomobil yollları boyunca əkilmiş ağaclar suvarıldı. Bakı-Qazax avtomobil yolu və dəmir yolu xəttinin rayon ərazisindən keçən hissələri boyunca təmizlik işləri görüldü. Kəndarası yollar və suvarma arxları məişət tullantılarından təmizləndi.

Keçidlər