Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı faciəsinin ildönümü rayonun idarə, müəssisə və təşkilatlarında anıldı

25 fevral 2015 | 11:00

Azərbaycan xalqının tarixinə qanlı hərflərlə yazılmış Xocalı faciəsinin 23-cü ildönümü ilə əlaqədar Ağstafa rayonunda anım tədbirləri davam edir. Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyevin 09 fevral 2015-ci il tarixli Sərəncamına uyğun olaraq rayonun idarə, müəssisə və təşkilatlarında, eləcədə orta ümumtəhsil məktəblərində Xocalı hadisələrinə həsr olunmuş anım tədbirləri, bədii-qiraət gecələri  təşkil olunur. 
   Bu gün Ağstafa rayon mədəniyyət şöbəsində keçirilən tədbirdə faciə qurbanlarının xatirəsi yad edildi. Qeyd olundu ki, erməni cəlladları tərəfindən həyata keçirilən soyqırım əsrlər boyu xalqımıza qarşı ermənilər tərəfindən yürüdülən məkrli siyasətin tərkib hissəsidir. Azərbaycan dövləti və xalqı hər zaman tarixin sınaqlarında üzüağ çıxmış və haqq səsini dünyaya duyurmuşdur.  Ümummilli lider Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə qayıtdıqdan sonra erməni millətçiləri tərəfindən xalqımıza qarşı həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasətinin əsl mahiyyəti açıqlanıb, bu hadisələrə siyasi-hüquqi qiymət verilib. Xocalı soyqırımının tanıdılması və qətliama siyasi qiymət verilməsi istiqamətində görülən işlər artıq daha ciddi nəticələr verib və bu proses sürətlənməkdə davam edir. Bütün bunlar Azərbaycan dövlətinin apardığı səmərəli təbliğat işinin nəticəsidir və Ermənistanın ölkəmizə qarşı təcavüzünün dünya ictimaiyyətinə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Ağstafa rayon Təhsil şöbəsi tərəfindən şəhər 2 saylı orta məktəbdə Xocalı faciəsinə həsr olunmuş ədəbi bədii qiraət gecəsi təşkil edildi. Məktəbin şagirdləri  tərəfindən şer oxunmuş, şəhidlərin xatirəsi yad edilmişdir.
Ağstafa rayonunun hüquq-mühafizə orqanlarında, Ağstafa rayon Gənclər və İdman idarəsində, DSMF-nin Ağstafa rayon şöbəsində, Ağstafaçay Hidroqovşağı İstismar idarəsində, Suvarma Sistemləri İdarəsində, Ağstafa Telekom müəssisəsində, Qarayazı qoruğu və meşə mühafizəsi müəssisəndə, Ağstafa Elektrik Şəbəkəsində, Baytarlıq idarəsində və Ağstafa poçtamtında da anım tədbirləri keçirilmişdir.
Anım tədbirlərində Ağstafa rayon İcra hakimiyyəti başçısının müavinləri və aparatın məsul işçiləri iştirak etmişdir.
Xocalı faciəsinin 23-cü ildönümü ilə bağlı tədbirlər davam edir.

Keçidlər