Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon ictimaiyyətinin nümayəndələri Xocalı faciəsinin qurbanlarını andılar

26 fevral 2015 | 11:00

Bu gün Heydər Əliyev Mərkəzində rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə Xocalı faciəsinin 23-cü il dönümü ilə əlaqədar tədbir keçirildi. Öncə tədbir iştirakçıları Xocalı soyqırımına həsr olunmuş rəsm və kitab sərgisinə nəzər saldılar.
Tədbir Xocalı faciəsi qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. 
Tədbiri giriş sözü ilə Ağstafa rayonu İcra hakimiyyəti başçısının birinci müavini Ramiz Tatarov açdı. Qeyd olundu ki, 23 il öncə 1992-ci il fevralın 25-dən 26-na keçən keçən gecə belə amansız cinayətə rəvac vermiş erməni cəlladları dünyanın əzazil, qəddar və qaniçən insanları olduqlarını, terroru dövlət siyasətinə çevirdiklərini bir bir daha təsdiq etmişlər. Bu kütləvi və amansız soyqırımı aktı Azərbaycanın dövlət müstəqilliyinə və ərazi bütövlüyünə qarşı çevrilmiş terror siyasətinin təzahürü olmaqla, təkcə azərbaycanlılara qarşı deyil, bütövlükdə insanlıq əleyhinə törədilmiş qəddar cinayətdir.  Həmin gün azğınlaşmış erməni quldur birləşmələri mənfur imperiyanın 366-cı motoatıcı alayının bilavasitə iştirakı ilə mühasirəyə aldıqları xocalı şəhərinə qarşı əvvəlcədən hazırladıqları məkrli planı işə saldılar.  613 nəfər dinc Azərbaycanlını, o cümlədən 63 uşağ, 106 qadın, 70 qoca bir neçə saatın içində amansızlıqla qətlə yetirilmiş, 487 nəfər ağır xəsarətlərə məruz qalmış, 1275 nəfər isə  girov götürülmüşdür. Respublikaya o vaxt başçılıq edənlərin qətiyyətsizliyi, vəzifəni itirmək qorxusundan millətin sonrakı taleyinə təsir edən bu cinayətkar hərəkətlərə biganə münasibət bəsləmələri, siyasi-iradə ortaya qoymaq qabiliyyətində olmaması xalqın böyük faciələrlə üzləşməsinə gətirib çıxarmışdır.
Ulu Öndər Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra bir çox faciələrimiz kimi, Xocalı faciəsinə  də siyasi-hüquqi qiymətin verilməsi mümkün olmuşdur. Ulu Öndərin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də “Xocalı soyqırımı günü haqqında” qərar qəbul edilmiş, sənəddə hadisənin baş vermə səbəbləri və günahkarlar təfsilatı ilə açıqlanmışdır.  Xocalı faciəsinin dünyada tanıdılması istiqamətində möhtərəm cənab Prezidentimiz İlham Əliyev müvafiq tapşırıqarı əasında ardıcıl və sistemli tədbirlər həyata keçirilir. İnsanlığa və Azərbaycan xalqına qarşı törədilmiş bu vəhşi cinayətin ifşa olunması, onu törədənlərin cəzalandırılması Azərbaycan dövlətinin bu günə qədər yürütdüyü daxili və xarici siyasətin əsas prioritet istiqamətlərindən biridir. Heydər Əliyev Fondu tərəfindən milli həqiqətlərin ilk növbədə Xocalı soyqrımının dünyada tanıdılması istiqamətində geniş işlər aparılmışdır. Bu baxımdan Fondun prezidenti UNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın həyata keçirdiyi layihələri qeyd etmək olar.  “Xocalıya ədalət” kompaniyası çərçivəsində Fondun Moskva nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın sədrliyi ilə həyata keçirilən tədbirlərin effektivliyinin, Heydər Əliyev fondunun neçə illərdən bəri gerçəkləşdirdiyi tədbirlərin təsirliyinin artırılması istiqamətində vahid proqram əsasında işlər həyata keçirilir. Aparılan məqsədyönlü tədbirlər nəticəsində Xocalıda törədilmiş soyqırımı aktı barədə beynəlxalq ictimaiyyət geniş məlumatlandırılır.
Tədbirdə çıxış edən rayon ictimaiyyətinin bir sıra nümayəndələri qeyd etdilər ki, hazıda Ermənistanın təcavüzkar siyasəti iflasa məhkumdur, çünki bu xətt hazırkı dünya siyasətinin aparıcı meyilləri ilə kəskin ziddiyyət təşkil edir. Bu siyasətə qarşı geniş potensiala malik Azərbaycan dövləti, onun getdikcə artan iqtisadi qüdrəti və nəhayət güclü və müasir Azərbaycan ordusu dayanır. Biz əminik ki, xalqımızın haqq səsi, nəhayət ki, dünya birliyi tərəfindən eşidiləcək, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə və əsassız torpaq iddialarına birmənalı şəkildə yox deyiləcək , Xocalı soyqırımına obyektiv hüquqi-siyası qiymət veriləcəkdir.
Tədbir rayon mədəniyyət işçilərinin hazırladıqları Xocalı faciəsinə həsr olunmuş ədəbi-bədii kompozisiyaların təqdimatı ilə davam etdirildi.

Keçidlər