Şriftin ölçüsü :

Saytın rəngi :

Novruz Bayramı münasibəti ilə bayram sovqatları paylandı

17 mart 2015 | 11:00

Ağstafa rayon İcra Hakimiyyəti tərəfindən Novruz bayramı münasibəti ilə şəhid ailələrinə, Qarabağ müharibəsi və Çernobıl əlillərinə, eləcə də rayonun aztəminatlı ailələrinə bayram sovqatları paylandı. Ümumilikdə rayon üzrə beş yüz ailəyə bayram payı təqdim edildi.
         Sovqatları qəbul edən rayon sakinləri dövlətimizin hər zaman onlara göstərdiyi  yüksək diqqət və qayğısına görə öz dərin minnətdarlıqlarını bildirdilər.

 

Keçidlər