Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonun təmizliyi diqqət mərkəzindədir

23 may 2015 | 10:00

Bu gün Ağstafa rayonunda növbəti genişmiqyaslı təmizlik işləri həyata keçirildi. Tədbirdə rayonun idarə, müəssisə və təşkilat kollektivləri iştirak edirdi. Təmizlik işləri çərçivəsində əsasən son günlər intensiv yağan yağışlardan sonra küçə və yol kənarlarında çıxmış alaq otları təmizləndi. Bakı-Qazax avtomobil yolunun və dəmiryol xəttinin rayon ərazisindən keçən hissələri boyunca təmizlik işləri aparıldı. Kəndarası yollar və suvarma arxları məişət tullantılarından təmizləndi.

Keçidlər