Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonda təmizlik işləri davam etdirilir

04 iyul 2015 | 10:00

Bu gün Ağstafada növbəti dəfə genişmiqyaslı təmizlik işləri həyata keçirildi. Tədbirdə rayonun idarə, müəssisə və təşkilat kollektivləri iştirak edirdi. Təmizlik işləri çərçivəsində xüsusi ilə yay mövsümünün gəlişi ilə əlaqədar avtomobil yolları və küçələr boyunca bitmiş alaq otları təmizləndi, ağacların dibi şumlandı, yaşıllıqlara xüsusi qulluq göstərildi. Ağstafa şəhər stationun ətrafında və daxilində yabanı və alaq otlaqlarının təmizlənməsinə xüsusi diqqət göstərildi.
Bakı-Qazax avtomobil yolunun və dəmiryol xəttinin rayon ərazisindən keçən hissələri boyunca təmizlik işləri aparıldı. Kəndarası yollar və suvarma arxları məişət tullantılarından təmizləndi.

Keçidlər