Şriftin ölçüsü :

Saytın rəngi :

Yaşıllıqlara qulluq göstərilir

10 avqust 2015 | 10:00

Ağstafa şəhərinin prospekt, küçə, xiyaban, meydan və istirahət parklarında ağacların, gül və bəzək kollarının qorunması, onlara qulluq edilməsi və suvarılması işinə gündəlik diqqət göstərilir. Rayonun kommunal xidmət və digər müvafiq təşkilatları tərəfindən yay aylarının isti və quraqlıq keçməsi nəzərə alınaraq yaşıllıqların gündəlik suvarılması və onlara qulluq edilməsi təmin edilir. Həftənin son günlərində rayon təşkilatları, idarə və müəssisələrinin kollektivləri tərəfindən şəhərin mərkəzi küçələrində, park və xiyabanlarında, Bakı-Qazax avtomobil yolunun kənarında, eləcə də dəmir yolu xəttinin mühafizə zolağında yaşıllıqların suvarılması, ağacların dibinin yumşaldılması və onlara qulluq göstərilməsi təmin edildi.
Ağstafa rayonunda yaşıllıq zolaqlarının mühafizəsi və onlara qulluq göstərilməsi müntəzəm davam etdirilir.

Keçidlər