Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafanın təmizliyi diqqət mərkəzində saxlanılır

10 oktyabr 2015 | 10:00

Ağstafada növbəti genişmiqyaslı təmizlik və yaşıllıqlara qulluq işləri həyata keçirildi. Rayonun idarə, müəssisə və təşkilat kollektivlərinin iştirak ilə görülən işlər çərçivəsində  şəhərin prospekt, küçə, xiyaban, meydan və istirahət parklarında ağacların, dekorativ yaşıllıqların qorunması, onlara xüsusi qulluq göstərilməsi və suvarılması işləri görüldü. Bakı-Qazax avtomobil yolunun kənarında, eləcə də dəmir yolu xəttinin mühafizə zolağında yaşıllıqların suvarılması, ağacların dibinin yumşaldılması və onlara qulluq göstərilməsi təmin edildi. Kəndarası yollar və suvarma arxları məişət tullantılarından təmizlənir.

Keçidlər