Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafanın təmizliyi diqqət mərkəzindədir

28 noyabr 2015 | 11:00

Payız fəslinin gəlməsi ilə əlaqədar olaraq Ağstafada genişmiqyaslı təmizlik və yaşıllıqlara qulluq işləri həyata keçirildi. Rayonun idarə, müəssisə və təşkilat kollektivlərinin könüllü iştirak ilə görülən işlər çərçivəsində  şəhərin prospekt, küçə, xiyaban, meydan və istirahət parklarında ağacların, dekorativ yaşıllıqların qorunması,  onlara xüsusi qulluq göstərilməsi, yarpaqların yığılması və suvarma işləri görüldü. Bakı-Qazax avtomobil yolunun kənarında, eləcə də dəmir yolu xəttinin mühafizə zolağında ağacların dibinin yumşaldılması və onlara qulluq göstərilməsi təmin edildi. Kəndarası yollar məişət tullantılarından təmizlənməsi təmin edildi.

Keçidlər