Şriftin ölçüsü :

Saytın rəngi :

AĞSTAFA ŞƏHƏRİNİN KÜÇƏLƏRİ YENİDƏN QURULUR

05 fevral 2016 | 11:00

Ağstafa rayonunun sosial-iqtisadi İnkişafı (2014-2018-ci illər) Proqramına uyğun olaraq rayon mərkəzində küçələrin əsaslı təmiri və yenidən qurulması sahəsində işlər uğurla davam etdirilir.  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı əsasında əsaslı təmir olunan Ağstafa Mədəniyyət Mərkəzinin yerləşdiyi Eyvaz  Qələmçəli, Nüsrət Kəsəmənli və möhtəşəm layihə əsasında inşa olunmuş Ağstafa şəhər Musiqi Mərkəzinin yerləşdiyi Hüseyn Arif küçəsində  təmir-tikinti işləri başa çatır.
Hər üç küçəyə yeni asfalt örtüyü qoyulur. Şəhərin digər yenidən qurulmuş küçələrində  olduğu kimi Eyvaz Qələmçəli və Nüsrət Kəsəmənli küçələri boyu rabitə və enerji infrastrukturuna aid dirək və naqillər təzələnmiş, küçələrin səki və avtomobil hərəkəti hissəsi genişləndirilmişdir. Hər iki küçədə yeni, müasir işıqlandırma sistemləri quraşdırılmış, hasar və qapı darvazalar dekorativ şəkildə təmir olunmuşdur.
Hər üç küçə tezliklə sakinlərin istifadəsinə veriləcəkdir.

Keçidlər