Şriftin ölçüsü :

Saytın rəngi :

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN ANADAN OLMASININ 93-cü İLDÖNÜMÜNƏ HƏSR OLUNMUŞ XATİRƏ TURNİRİ

26 aprel 2016 | 11:00

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü il dönümünə həsr olunmuş rayonun idarə, müəssisə və təşkilat kollektivləri arasında mini futbol üzrə növbəti turnirə start verildi. Turnir Ağstafa şəhər Mərkəzi stadionunda keçirilir. Hər il olduğu kimi bu ildə yarışlara maraq olduqca böyükdür.İki qrup üzrə 11 təşkilat kollektivi komandalarının mübarizə aparacaqları turnir ilk gündəncə maraqlı və gərgin idman mübarizəsi şəraitində başladı. Belə ki, ilk yarış günündə baş tutan üç oyunda Ağstafa şəhər “Su-kanal” idarəsinin komandası rayon Polis Şöbəsinin komandasına 4-3, Gənclər və İdman İdarəsinin komandası “Sərhədçi” tədris mərkəzinin komandasına 5-3, rayon Mədəniyyət və Turizm şöbəsinin komandası isə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin rayon şöbəsinin komandasına 11-2 hesabı ilə qalib gəldi. Müvafiq reqlamentə uyğun olaraq turnir üç həftə davam edəcək və ilk yerləri tutacaq komandalar müvafiq diplom və qiymətli hədiyyələrlə təltif olunacaqlar.

Keçidlər