Şriftin ölçüsü :

Saytın rəngi :

Çernobıl faciəsinin 30-cu ildönümü qeyd olundu

26 aprel 2016 | 11:00

Bu gün rayon Gənclər Mərkəzində Çernobıl faciəsinin 30-cu ildönümü ilə əlaqədar tədbir keçirildi. Tədbirdə Ağstafa rayonu İcra hakimiyyəti başçısı aparatının məsul işçiləri, Çernoblda baş vermiş qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak edərək əlil olmuş Ağstafa rayon sakinləri, eləcə də rayonun ictimaiyyət nümayəndələri iştirak edirdi.
Tədbiri giriş sözü ilə Ağstafa rayonu İcra hakimiyyəti başçısının müavini Aydın Hacıyev açdı. Qeyd olundu ki, Çernobıl atom elektrik stansiyasında 1986-cı il aprelin 26-da baş vermiş qəzanın törətdiyi fəsadların aradan qaldırılması zamanı 7000-dən artıq vətəndaşımız iştirak etmişdir. 1993-cü ildə ulu öndər Heydər Əliyevin yenidən Azərbaycanda hakimiyyətə qayıdışından sonra Çernobıl əlillərinin statusu haqqında qanun qəbul olunmuşdur. Bundan sonra Çernobıl əlillərinin sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına əsasən Ağstafa rayonunda yaşayan Çernobıl əlillərinin həyat şəraitinin yaxşılaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi, iş yerləri ilə təmin olunması sahəsində görülmüş işlər barədə ətraflı məlumat verildi.
Tədbirdə iştirak edən Çernobıl əlilləri hər zaman onlara göstərilən yüksək diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə etdilər.
Tədbirin sonunda Ağstafa rayonu İcra hakimiyyəti tərəfindən Çernobıl əlillərinə maddi yardım göstərildi.

Keçidlər