Şriftin ölçüsü :

Saytın rəngi :

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 93 illiyi ilə əlaqədar tədbir keçirilmişdir.

27 aprel 2016 | 11:00

Yeni Azərbaycan Partiyası Ağstafa rayon Təşkilatının akt zalında görkəmli oftalmoloq alim,  akademik Zərifə xanım Əliyevanın anadan olmasının 93 illiyi ilə əlaqədar tədbir kecirilmişdir.
Tədbiri giriş sözü ilə Ağstafa rayon İcra hakimiyyəti başcısının müavini-ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lalə Eyyubova açaraq görkəmli oftalmoloq-alim  Zərifə xanım Əliyevanın həyat və fəaliyyəti barədə ətraflı məlumat verdi. L.Eyyubova qeyd etdi ki, Azərbaycan qadınlarına nümunə olan görkəmli oftalmoloq Zərifə xanım Əliyevanın xatirəsi rayonumuzda hər il  böyük ehtiramla qeyd olunur. Akademik Zərifə Əliyevanın alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil edir. Onun elmi fəaliyyəti çox zəngin və əhatəli olmuşdur. İstedadlı alim kimi oftalmologiyanın aktual mövzularına həsr edilmiş çoxprofilli tədqiqatlar aparıb və dəyərli elmi-tədqiqat işləri yazıb.
Sonra Rayon Mərkəzi Xəstəxanasının baş həkimin müavinləri Fatma  Vəliyeva, Cəmalə Rəhimova, RMX-nın konsultativ poliklinikasının müdiri Həcər Namazova və həkim oftomoloq Gülnar Abdullayeva  çıxış edərək görkəmli oftalmoloq Zərifə xanım Əliyevanın səhiyyə sahəsində əldə etdiyi elmi fəaliyyəti barədə ətraflı məlumat verdilər.
Daha sonra tədbir iştirakçıları Görkəmli oftalmoloq  Zərifə xanım Əliyevaya həsr edilmiş kitab sərgisinə baxış keçirdilər.

Keçidlər