Şriftin ölçüsü :

Saytın rəngi :

Köhnəqışlaq kəndində növbəti görüş

27 iyul 2016 | 11:00

 

Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev növbəti dəfə düşmənin təmas xəttində yerləşən Köhnəqışlaq kəndində sakinlərlə görüşdü, yeni inşa olunan məktəb binasında tikinti işləri ilə yaxından tanış oldu. Tədbirdə başçının müavinləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, kənd sakinləri, eləcə də məktəb binasında çalışan inşaat işçiləri iştirak edirdi.
Tədbiri giriş sözü ilə açan cənab Məhərrəm Quliyev ölkəmizdəki mövcud ictimai-siyasi sabitlikdən, dinamik sosial-iqtisadi inkişafdan geniş söz açdı. Qeyd olundu ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qarşıya qoyduğu konkret tələblərə uyğun olaraq cəbhə bölgəsində yaşayan sakinlərin sosial rifahının daha da yüksəldilməsi, yaşayış məntəqələrinin infrastrukturunun yaxşılaşdırılması istiqamətində əməli tədbirlər görülür. O cümlədən rayonun Köhnəqışlaq kəndi də daim diqqət mərkəzində saxlanılır. Kənddə ən müasir tələblərə uyğun inşa olunan iki mərtəbəli tam orta məktəb binası buna əyani misaldır. Kənd sakinləri onlara daim göstərilən yüksək diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə etdilər.
Daha sonra rayon İcra hakimiyyətinin başçısı Məhərrəm Quliyev məktəb binasının tikinti işləri ilə yaxından tanış oldu, müvafiq tapşırıqlarını verdi.

Keçidlər