Şriftin ölçüsü :

Saytın rəngi :

“Əmək yarmarkası” keçirildi.

30 noyabr 2016 | 11:00

Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyevin 2 noyabr  2016-ci il tarixli 251 saylı Sərəncamına əsasən rayonda əhalinin məşğulluğunun artırılması, işsizliyin azaldılması və sosial müdafiəsinin yaxşılaşdırılması məqsədilə 30 noyabr 2016-cı il tarixdə “Əmək yarmarkası” keçirilmişdir. Ağstafa şəhər Aşıqlar evində keçirilən yarmarkaya rayonun 29 təşkilatı tərəfindən 197 boş iş yeri təqdim edilmişdir. Sakinlər təfindən “Əmək yarmarkası”na ciddi maraq göstərilmişdir.
“Əmək yarmarkası”nda işə düzəlmək üçün 400 nəfər müraciət etmişdir. Müraciət edənlərdən 41 nəfərinə işə göndəriş verilmişdir. Onlardan11 nəfəri dövlət təşkilatlarına, 17-si qeyri dövlət təşkilatlarına 13-ü fiziki şəxslərin yanına işə göndərilmişdir.

Keçidlər