Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafada Yeni tut bağlarının salınmasına başlanıldı.

05 dekabr 2016 | 11:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən prioritet vəzifələrdən biri kimi müəyyən edilmiş kənd təsərrüfatının ənənəvi sahələrindən olan ipəkçiliyin bərpası  ölkəmizdə qeyri-neft sektorunun inkişafı ilə bağlı həyata keçirilən tədbirlər içərisində mühüm yer tutur. Ölkədə baramaçılığın yem bazasının formalaşdırılması, tut (çəkil) tinglərinin tədarükü, barama toxumçuluğunun təşkili və digər istiqamətlər üzrə müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir. Respublikamızda baramaçılığın gələcək inkişafının təmin edilməsində ipəkqurdunun yem bazasının bərpa olunmasının xüsusi əhəmiyyəti vardır.
Cari ildən Ağstafa rayonunda da baramaçılığın bərpası və yaş barama məhsulu istehsalı sahəsində ilk addım atılmış və rayonda 1913 kq barama məhsulu tədarük edilmişdir. Rayonda baramaçılığın gələcək inkişafının təmin edilməsində ipəkqurdunun yem bazasının bərpa olunmasının xüsusi əhəmiyyətini nəzərə alaraq rayonda yeni intensiv tipli tut bağlarının salınmasına başlanılmışdır. Dövlət başçısının tapşırığına uyğun olaraq ölkəmizə gətirilmiş tut tinglərindən 10 min ədədinin Ağstafa rayonunda əkilməsinə start verildi. Rayonun Eynallı, Həsən-su və Aşağı Göycəli kəndlərində tut bağlarının salınması başlanıldı. Yerli fermerlərin və könüllülərin iştirakı ilə tinglərin əkilməsi üçün yerlər təmizlənmiş, yalaqlar qazılmış və o cümlədən rayon icra hakimiyyətinin dəstəyi ilə 2 min ədəd tut tingi əkilmişdir.
Bütövlükdə rayon üzrə indiyədək 4 mindən artıq tut tingi əkilmişdir və bi iş davam edir.

Keçidlər