Şriftin ölçüsü :

Saytın rəngi :

Eynallı kəndində hesabat yığıncağı keçirildi

13 yanvar 2017 | 11:00


Ağstafa rayonunda yerli İcra nümayəndələrinin hesabat yığıncaqları davam edir. Bu gün rayon İcra hakimiyyəti başçısının Eynallı kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsinin hesabat yığıncağı keçirildi. Tədbir Eynallı kənd tam orta məktəbinin akt zalında təşkil olunmuşdur. Hesabatda rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, başçının müavinləri və aparatın şöbə müdirləri, eləcə də kənd ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.
İlk öncə kəndin İcra nümayəndəsi Şakir Hüseynov yaşayış məntəqəsi haqqında geniş arayışla çıxış etdi, il ərzində kənddə görülmüş işlər barədə ətraflı danışdı. Qeyd olundu ki, ötən il kəndarası yollar tamamilə xırlanmış, sakinlərin içməli su təminatının yaxşılaşdırılması yönündə su kəhrizləri təmir olunmuş, işıq, qaz təminatı  normasında tənzimlənmişdir.
Daha sonra rayon İcra hakimiyyətinin başçısı Məhərrəm Quliyev çıxış edərək qeyd etdi ki, 2016-cı il Ağstafa üçün növbəti uğurlu il kimi yadda qaldı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ağstafaya növbəti səfəri çərçivəsində həyata keçirilmiş bir sıra irimiqyaslı sosial infrastruktur layihələr istifadəyə verildi, daha bir neçə böyük layihənin təməli qoyuldu. İcra başçısı ümumilikdə rayonda görülən abadlıq, quruculuq və tikinti işləri barədə geniş bəhs etdi.
Hesabat yığıncağında bir sıra kənd sakinləri də dinlənildi. Tədbir işgüzar şəraitdə keçdi.

 

Keçidlər