Şriftin ölçüsü :

Saytın rəngi :

Ümumtəhsil məktəblərində Xocalı faciəsinin ildönümü qeyd olunur

23 fevral 2017 | 11:00

         Xocalı soyqırımının 25-ci il dönümünün keçirilməsinə dair Ağstafa Rayon İcra hakimiyyəti başçısının müvafiq sərəncamına uyğun olaraq “Xocalı qan yaddaşımız” mövzusunda rayonun ümumtəhsil məktəblərində tədbirlər keçirilir. Keçirilən tədbirlərdə Xocalı faciəsi qurbanlarının, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi yad edilir. Şagirdlərin ifasında Xocalı soyqırımına həsr edilmiş adəbi-bədii kompozisiyalar təqdim olunur və qısa metrajlı sənədli filmlər nümayiş etdirilir. Çıxışlarda Xocalı soyqırımının dəhşətlərindən, xalqımızın başına gələn müsibətlər barədə şagirdlərə ətraflı məlumat verilir.

Keçidlər