Şriftin ölçüsü :

Saytın rəngi :

Novruz bayramı münasibəti ilə ümumrayon tədbiri keçirildi

17 mart 2017 | 11:00

Xalqımızın ən qədim və əziz bayramlarından biri olan Novruz yurdumuza qədəm qoyur. Novruz xalqımızın mədəniyyətini, milli mənəvi dəyərlərini özündə əks etdirən, dünyaya tanıtdıran qədim el bayramıdır. Xalqımızın yüksək zövqü və bədii təfəkkürü bu xalq bayramının el şənliklərində və rəngarəng əyləncələrində özünü aşkarlayır, onun mənəvi dünyasının təzahürünə, aynasına çevrilir. Azərbaycan xalqının mənəvi dünyasını, milli düşüncə tərzini, məfkurəsini, qədim mifik görüşlərini, folklorunu, milli varlığını Novruz qədər bütün zənginliyi ilə özündə ifadə edən ikinci bir bayram təsəvvür etmək çətindir.
Bu gün Novruz bayramı münasibəti ilə Ağstafa şəhəri Heydər Əliyev adına mədəniyyət və istirahət parkında təntənəli  bayram tədbiri keçirildi. Əvvəlcə rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri,  ağsaqqalları və ictimaiyyət nümayəndələri ilə birlikdə  milli  adət ənənələrimizi əks etdirən əl işlərindən ibarət nümunələrə, uşaqların ifasında Novruz bayramına həsr olunmuş ədəbi-bədii kompazisiyalara tamaşa etdilər.
Sonra rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev  mədəniyyət və istirahət parkının mərkəzində tərtib edilmiş  bayram səhnəsinin önündə çıxış edərək Azərbaycan xalqının min illər boyu qəlbində yaşatdığı ən əziz günlərdən biri  Novruz bayramı münasibətilə ağstafalıları  təbrik etdi, hər bir ailəyə sevinc, firavan günlər, əmin-amanlıq, Bahar bayramının xalqımıza ruzi-bərəkət gətirməsini arzuladı. Ölkəmizin sürətli sosial-iqtisadi inkişafı, ölkə rəhbərliyinin Ağstafaya və ağstafalılara göstərdiyi yüksək diqqət və qayğıdan geniş bəhs etdi. İcra başçısı Rayon Ağsaqqallar Şurasının sədri Firdovsi Heydərlini baharın gəlişini ifadə edən rəmzi tonqalı alovlandırmağa dəvət etdi. Böyük bayram tonqalı alovlandırıldıqdan sonra bahar əhval-ruhiyyəsində bəzədilmiş səhnədə, bahar qız, kosa və keçəlin müşaiyyəti ilə mədəniyyət və incəsənət nümayəndələrinin təqdimatında geniş konsert proqramı nümayiş etdirildi.
Tədbir ağstafalılara xoş bayram ovqatı bəxş etdi.

Keçidlər