Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonun tam orta məktəblərində açıq dərslər keçirilir

17 mart 2017 | 11:00


Ağstafa rayon ümumtəhsil məktəblərində  açıq dərslər təşkil olunur. Dərslərdə rayon Təhsil Şöbəsinin məsul işçiləri  və  məktəbin müəllimləri müşahidəçi qismində iştirak edirlər. Şagirdlərə mövzulara uyğun suallar verilir. Müasir tələblər əsasında keçirilən dərslərdə şagirdlər aktivlik göstərirlər. Yekunda şagirdlərin bilik səviyyəsi qiymətləndirilir. Növbəti belə açıq dərs  Ağstafa şəhər 1 saylı tam orta məktəbin ibtidai sinif müəllimi Vəfa Qurbanova tərəfindən Azərbaycan dili fənnindən "Ana təbiətin uşaqlara məktubu” mövzusunda keçirilmişdir. Şagirdlər "Ulduz”, "Ay”, "Günəş”, "Səma”, ”Yer” adda 5 qrupa bölünüblər. Şagirdlərə  "Təbiəti qorumaq üçün insanlar nə etməlidirlər?”  tədqiqat  sualı ünvanlanıb. Ümumilikdə açıq dərs müşahidəçilər  tərəfindən yüksək qiymətləndirilib.

Keçidlər