Şriftin ölçüsü :

Saytın rəngi :

“ASAN Qatar ” xidməti Ağstafada

28 mart 2017 | 11:00

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin  "ASAN xidmət" Mərkəzinin “ASAN Qatar” xidməti 28 mart 2017-ci il tarixdən 11 aprel 2017-ci il tarixədək Ağstafa rayonunda vətəndaşlara səyyar xidmət göstərəcəkdir.
Ünvan: Ağstafa şəhəri, Dəmir yolu vağzalı.
Əlavə məlumat üçün “108” Çağrı mərkəzi ilə əlaqə saxlaya bilərsiniz.      
Göstəriləcək xidmətlər:
Ədliyyə Nazirliyi:
• Notariat fəaliyyəti;
• Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı.
Daxili İşlər Nazirliyi:
• Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;
• Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;
• Sürücülük vəsiqələrinin dəyişdirilməsi.
Dövlət Sosial Müdafiə Fondu:
• Əmək pensiyalarının təyin edilməsi;
Əmlak Məsələləri Dövlət Komitəsi:
• Yaşayış evləri (fərdi) üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların (ilkin qeydiyyat istisna olmaqla) verilməsi;
• Mənzillər üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların verilməsi;
• Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüqüqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi.
Yardımçı xidmətlər:
• Bank xidməti (dövlət rüsumlarının və xidmət haqlarının qəbulu);
• Foto xidməti;
Tibbi xidmət.                                                                                                                    •Laboratoriya xidməti ( daxildi 400 növ üzrə analiz.)                                                                              •Aptek xidməti.

Keçidlər