Şriftin ölçüsü :

Saytın rəngi :

ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN ANADAN OLMASININ 94-cü İLDÖNÜMÜNƏ HƏSR OLUNMUŞ KONFRANS KEÇİRİLDİ

05 may 2017 | 11:00

Bu gün  Yeni Azərbaycan Partiyası Ağstafa rayon  Təşkilatının  inzibati binasında  Azərbaycan xalqının ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş konfrans keçirildi. Tədbirdə Ağstafa  rayon İcra hakimiyyətinin başçısı Məhərrəm Quliyev, müavinləri, rayonun idarə, müəssisə, təşkilat rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdi.
Konfransı giriş sözü ilə rayon İcra hakimiyyətinin başçısı açaraq ümummilli liderimiz Heydər Əliyevin mənalı ömür yolu, vətəni və xalqı qarşısındakı misilsiz tarixi xidmətlərindən geniş  bəhs etdi.  Milli dövlətçiliyin inkişafını və qüdrətlənməsini təmin edən tarixi şəxsiyyətin həyatı və fəaliyyəti bu tarixin özü ilə eyniləşir, bu dövrün başlıca mahiyyətini təşkil edir. Heydər Əliyev çağdaş Azərbaycanın tarixinin yönünü və məzmununu müəyyən etməklə zamanın fövqünə yüksəlib, əbədiyyət qazanıb. O, xalqının taleyində dönüş yaradaraq ölkəsini tənəzzüldən tərəqqiyə qovuşdurub. Ümummilli liderimiz Heydər Əliyev öz ali liderlik keyfiyyətləri ilə dünyanın siyasi elitasının ən uca zirvəsində qərarlaşan nəhəng şəxsiyyət idi. O, təkcə öz ömrünün müdriklik zirvəsində deyil, həm də bütöv bir xalqın tarixinin yüksək zirvəsində idi. Heydər Əliyev Azərbaycanın tarixi keçmişini bərpa edib, milli-mənəvi irsini, dəyərlərini özünə qaytarıb, milli adət-ənənələrini yaşadıbdır. O, xalqa və vətənə sonsuz sevgisi, dövlətçiliyə hədsiz sədaqəti ilə indiki və gələcək nəsillərə örnək ola biləcək bir fəaliyyət nümunəsi, ölkəmizin davamlı inkişafının uzunömürlüyünü təmin edən təkmil irs, siyasi məktəb miras qoyubdur.
Daha sonra Yeni Azərbaycan Partiyası Ağstafa rayon  Təşkilatının sədri Ramiz Tatarov, rayon ictimaiyyətinin nümayəndələri  İbrahim Əliyev, Qabil Cəfərov, Misir Həsənov  və digərləri öz çıxışlarında  bütün ömrünü xalqına xidmətə həsr edən dahi şəxsiyyət  Heydər  Əliyevin  Azərbaycan xalqının və dövlətinin tarixində qoyduğu silinməz  izlərdən ətraflı söz açdılar.

Keçidlər