Şriftin ölçüsü :

Saytın rəngi :

ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN ANADAN OLMASININ 94-cü İLDÖNÜMÜ MÜNASİBƏTİ İLƏ “Kitab Bayramı” keçirildi

05 may 2017 | 11:00

  Ağstafa rayonunda ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar silsilə tədbirlər davam etdirilir. Silsilə tədbirlər çərçivəsində bu gün Ağstafa rayonu Heydər Əliyev Mərkəzinin önündə möhtəşəm “Kitab Bayramı” keçirildi. Bayram tədbirində ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini, Azərbaycanın tarixini, coğrafiyasını, mədəniyyət və incəsənətini, bədii ədəbiyyatını əks etdirən kitab və jurnallardan ibarət stendlər, eləcə də yerli sənətkarların və uşaqların əl işlərindən ibarət maraqlı sənət nümunələri nümayiş etdirildi.  “Kitab Bayramında” məktəbli uşaqların ifasında tariximizə, vətənə, böyük şəxsiyyətlərimizə həsr olnmuş şerlər söyləndi, bir-birindən maraqlı ədəbi-bədii kompozisiyalar təqdim olundu. Daha sonra   tədbir iştirakçıları Heydər Əliyev Mərkəzinin foyesində iri ölçülü ekranda Ulu Öndərin şərəfli ömür yolunu əks etdirən filmə tamaşa etdilər.
“Kitab Bayramı” rayonun mədəniyyət və incəsənət nümayəndələrinin təqdim etdikləri konsert proqramı ilə davam etdirildi.

 

Keçidlər