Şriftin ölçüsü :

Saytın rəngi :

ULU ÖNDƏRİN XATİRƏSİNƏ HƏSR OLUNMUŞ müsabiqə və yarışların qalibləri mükafatlandırıldı

10 may 2017 | 11:00

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar Ağstafa rayonunda keçirilən silsilə tədbirlər çərçivəsində həmçinin bir sıra yarışmalar təşkil olunmuşdur. Belə ki, rayonun ümumtəhsil məktəbləri arasında “İntellektual oyunlar”  bilik yarışması, idarə, müəssisə və təşkilat kollektivləri arasında mini futbol turniri,  məktəblilər arasında “Keşikçidağ gənc rəssamların fırçalarında” rəsm müsabiqəsi, yeniyetmə və uşaqlar arasında veloyürüş keçirilmişdir. Bu gün Ağstafa şəhər  Heydər Əliyev adına mədəniyyət və istirahət parkında müsabiqə və yarışların qaliblərinin mükafatlandırılması mərasimi təşkil olundu. Tədbiri giriş sözü ilə açan Ağstafa rayon İcra hakimiyyətinin başçısı Məhərrəm Quliyev bütün qalibləri səmimi qəlbdən təbrik edərək qeyd etdi ki, Ulu Öndərin xatirəsinə həsr olunmuş istənilən tədbirin iştirakçısı olmaq belə insanda böyük qürur və şərəf hissləri oyadır. İcra başçısı həmçinin 12 may 2017-ci il tarixində paytaxtımız Bakı şəhərində start götürəcək növbəti İslam Həmrəyliyi Oyunları münasibəti ilə də hər bir ağstafalını təbrik etdi. Daha sonra rayon İcra hakimiyyətinin başçısı qalibləri mükafatlandırdı, onlara müvafiq “Fəxri Fərman”lar, kuboklar və hədiyyələr təqdim etdi.

Keçidlər