Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafada baramaçılıq uğurla inkişaf etdirilir

23 may 2017 | 11:00

Azərbaycanda ipəkçiliyin inkişaf etdirilməsi üçün böyük potensialın mövcud olduğunu nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu sahənin inkişafı ilə bağlı tapşırıqlarına uyğun olaraq ölkəmizdə ipəkçiliyin müasir infrastrukturunun yaradılması, baramaçılığın yem bazasının formalaşdırılması, barama toxumçuluğunun təşkili istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.
   O cümlədən Ağstafa rayonu üçün də ənənəvi məşğuliyyət sahəsi hesab olunan baramaçılıq ötən ildən başlayaraq bərpa olunmağa başlamışdır. Ötən illə müqayisədə cari ildə rayonda barama istehsalını iki dəfə artırmaq vəzifəsi qarşıya qoyulmuşdur.  Bekə ki, cari ilin may ayının əvvəlində 70 qutu, 1330 qram barama toxumu gətirilərək  iyirmiyə yaxın kümçüyə paylanılmışdır. Rayonda barama saxlayan təcrübəli kümçülər tərəfindən ipəkqurdlarına lazımı aqrotexniki qulluq göstərilir. Hazırda ipəkqurdular məhsul istehsalının sonuncu mərhələsindədirlər və barama sarımağa başlayıblar.
Ağstafada bu il baramaçılıqla artıq 150-200 nəfər məşğul olmağa başlamışdır ki, bu da qarşıdakı illərdə bu sahəyə daha çox sakinin marağ göstərəcəyinı səbəb olacaqdır. Bu isə əlavə yüzlərlə yeni iş yerlərinin yaranacağı deməkdir.

Keçidlər