Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafada 28 may “Respublika günü” qeyd olundu

26 may 2017 | 11:00

Bu gün Ağstafa rayonu Heydər Əliyev Mərkəzinin böyük konfrans zalında  28 May  Respublika Gününə həsr olunmuş elmi-praktiki konfarns keçirildi.   
          Tədbiri rayon icra hakimiyyəti başçısının birinci müavini Ramiz Tatarov  açaraq bildirdi ki, 1918-ci il may ayının 28-i hər bir Azərbaycan vətəndaşının milli qurur hissi duyduğu bir gündür. Şərqdə ilk dəfə azad, demokratik və dünyəvi dəyərlərə söykənən müstəqil bir respublikanın yarandığı dünyaya bəyan edildi. 1918-ci il mayın 28-də şərqin ilk demokratik respublikasının təməli qoyuldu. 23 ay yaşamasına baxmayaraq 1991-ci ildə əldə etdiyimiz müstəqilliyimizin təməli qoyuldu. Sovetlər birliyinin dağılması ilə xalqımız 1991-ci ildə öz müstəqillik istəyinə nail oldu. Lakin, müstəqil Azərbaycan hakimiyyətdəki  bacarıqsız rəhbərlər ucbatından öz yeni tarixi inkişaf yolunu müəyyən edə bilmədi. Xalqımız yenidən dövlət müstəqilliyini itirmək təhlükəsi ilə üzləşdi. Bir tərəfdən Ermənistan silahlı qüvvələrinin və onlara dəstək verənlərin təcavüzü nəticəsində geniş miqyas almış birinci Qarabağ müharibəsi, digər tərəfdən dövlət rəhbərliyində olan səbatsız, səriştəsiz adamların yeritdikləri səhv siyasət və daxildə gedən siyasi çəkişmələr, separatçılıq hərəkatı müstəqilliyin beşiyindəcə boğulması təhlükəsini reallaşdırırdı.
          Belə bir məqamda Xalq öz böyüklüyünü göstərib qətiyyətlə ayağa qalxaraq öz böyük oğlu Heydər Əliyevi vətənə çağırdı. Bununla da böyük siyasi təcrübəyə malik olan ulu öndər Heydər Əliyevin sayəsində müstəqilliyimizin siyasi və iqtisadi sütunları möhkəmləndi. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə quruculuq işləri başlandı .”Əsrin Müqaviləsi” imzalandı ki, bu da respublikanın gələcək həyatının çiçəklənməsində mühüm rol oynadı.
         Daha sonra “Ağstafa” qəzetinin baş redaktoru İbrahim Əliyev, Ağstafa rayon Heydər Əliyev Mərkəzinin direktoru Ləman Cəlilova, Şəhər 1-saylı tam orta məktəbinin tarix  müəllimi Akşin Quliyev və Qaçaq Kərəm kənd  tam orta məktəbinin  tarix müəllimi Sevinc Hacıyeva çıxış edərək    Respublika Gününün tarixi barədə ətraflı məlumat verdilər.

Keçidlər