Şriftin ölçüsü :

Saytın rəngi :

Yenidən qurulan Ağstafa şəhər Cəfər Cabbarlı küçəsində son tamamlama işləri aparılır

27 may 2017 | 11:00

Ağstafa rayonunun sosial-iqtisadi inkişaf Proqramına (2014-2018-ci illər) uyğun olaraq rayonda aparılan abadlıq-quruculuq,  həyata keçirilən sosial infrastruktur layihələr çərçivəsində, Ağstafa şəhər küçələri  yenidən qurulur, çoxmənzilli kommunal yaşayış binaları  əsaslı təmir olunur. Hazırda yenidən qurulan C.Cabbarlı küçəsində işlər tamamlanmaq üzrədir. Bu gün Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev müavinləri və müvafiq təşkilat rəhbərləri ilə birlikdə küçədə görülən təmir-tikinti işləri ilə yaxından tanış oldu. Eyni zamanda həmin  küçədə yerləşən  5  çoxmənzilli kommunal yaşayış binalarında aparılan əsaslı təmir işlərinə baxış keçirdi və müvafiq tapşırıqlarını verdi. İcra başçısı C.Cabbarlı küçəsində və təmir olunan binalarda yaşayan sakinləri ilə də ünsiyyətdə oldu. Aparılan səmimi söhbətlər əsnasında sakinlər görülən işlərdən olduqca məmnun qaldıqlarını və bu cür yüksək qayğı üçün ölkə başçısı cənab İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə etdilər.
Daha sonra cənab Məhərrəm Quliyev rayonda hər həftənin şənbə günləri həyata keçirilən genişmiqyaslı təmizlik işlərinə nəzər saldı, şəhər küçələrini gəzdi.  Səməd Vurğun adına mədəniyyət və istirahət parkında bir sıra rayon ağsaqqalları ilə görüşərək onlarla çay süfrəsi ətrafında səmimi söhbət apardı.

Keçidlər