Şriftin ölçüsü :

Saytın rəngi :

Göycəli kəndində sakinlərlə növbəti görüş keçirildi

31 may 2017 | 11:00

Ölkə rəhbərliyinin müvafiq tapşırığına uyğun olaraq Ağstafa rayonunun yaşayış məntəqələrində sakinlərlə səyyar görüşlər davam etdirilir. Bu gün Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev  növbəti dəfə Göycəli kəndində  sakinlərlə görüşdü. Kəndin mərkəzində yerləşən istirahət parkında çay süfrəsi ətrafında keçən görüş səmimi söhbət əsnasında keçdi. Rayon rəhbəri kənddə sakinləri narahat edən məsələlərlə yaxından maraqlandı. Bu cür görüşlərin təşkilində əsas məqsədin sakinlərin əziyyət çəkərək rayon mərkəzinə gəlmədən problemlərinin öyrənilməsi və operativ qaydada həll olunmasından ibarət olduğunu bildirdi. Görüşdə İcra başçısı  həmçinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq tapşırıqları ilə Ağstafada reallaşdırılan sosial infrastruktur layihələrdən, abadlıq, quruculuq, əsaslı yenidən qurma işlərindən də geniş söz açdı. Qeyd olundu ki, Ağstafada son dövrlər inşa olunan avtomobil yolları, körpülər, yeni sənaye, istehsal, emal, xidmət sahələri, yeni tikilən mədəniyyət, təhsil, əsaslı yenidən qurulan səhiyyə ocaqları, çəkilən içməli və suvarma su, təbii qaz, rabitə kommunikasiya xətləri məhs əhalimizin sosial rifah halının yüksəldilməsi, onların daha rahat və qayğısız yaşamaları üçün hesablanmışdır.  Görüşdə iştirak edən kənd ağsaqqalları Ağstafanın sürətli sosial-iqtisadi inkişafından razı qaldıqlarını bildirdilər və bunun üçün ölkə rəhbərliyinə dərin minnətdarlıqalrını  ifadə etdilər.

Keçidlər