Şriftin ölçüsü :

Saytın rəngi :

Yenidən qurulan Ağstafa şəhər Cəfər Cabbarlı küçəsi yaxın günlərdə istifadəyə veriləcəkdir

09 iyun 2017 | 11:00

Ağstafa rayonunun sosial-iqtisadi inkişaf Proqramına (2014-2018-ci illər) uyğun olaraq rayonda aparılan abadlıq-quruculuq,  həyata keçirilən sosial infrastruktur layihələr çərçivəsində, Ağstafa şəhər küçələri  yenidən qurulur, çoxmənzilli kommunal yaşayış binaları  əsaslı təmir olunur. Hazırda yenidən qurulan C.Cabbarlı küçəsində işlər tamamlanmaq üzrədir. Paralel olaraq həmin  küçədə yerləşən  5  çoxmənzilli kommunal yaşayış binalarının əsaslı təmiri və ətrafda aparılan abadlıq-quruculuq işləri də son tamamlanma mərhələsindədir. Küçənin işıqlandırma sistemi müasir işıq dirəklərinin qurşadırılması ilə yenidən qurulmuşdur. Digər telekommunikasiya və rabitə xətləri də qaydaya salınmışdır. Küçənin hər iki istiqaməti boyu yaradılmış piyada səkilərinə brusçatka tipli dekorativ daş düzülmüş və sakinlərin rahat hərəkət etmələri tam nəzərə alınmışdır. Yaxın günlərdə küçəyə asfalt-beton örtüyünün qoyulması üçün son tamamlama işləri görülür.

Keçidlər