Şriftin ölçüsü :

Saytın rəngi :

Tarixi

Tədqiqatçıların fikrincə Azərbaycanın təbii-coğrafi mühiti, relyefi, ən azı üç milyon il bundan əvvəl formalaşıb və ən qədim insanın yaranması, formalaşması üçün əlverişli şərait olubdur. Ərazidən tapılan qədim paleolit abidələri bu bölgənin insanın əmələ gəlməsi regionlarından olmasını təsdiqləyir. Törətəpə, Şomutəpə,Qarğalar təpəsi və s. bu kimi qədim yaşayış məskənlərində aparılmış arxeoloji araşdırmalar e.ə VI-V minilliyi əhatə edən bir dövrdə əkinçiliyin, maldarlığın inkişaf etməsini, oturaq həyat tərzinin formalaşmasını və misdən soyuq döymə üsulla müxtəlif əşya və bəzəklərin düzəldiyini aşkar etmişdir. Hazırda rayonun Aşağı Göycəli kəndi ərazisində neolit-tunc dövrünü əhatə edən Töyrətəpə yaşayış yeri, Dağ Kəsəmən kəndi ərazisində tunc-ilk dəmir dövrünə aid olan qədim yaşayış yeri və qəbiristanlıq (Çoban daşı) kimi dünya əhəmiyyətli abidələr mövcuddur. Rayonun ərazisindən keçən Kür çayının Ağstafaçay və Həsənsu kimi qolları da Ağstafa rayonunun hüdudlarındadır. Qoruğun ərazisi-5300 ha, MM və BM-nin ərazisi 1962 ha cəmi 7262 hektardır. Rayon ərazisinin 3510 hektar sahəsini meşəliklər örtür. Bunun da əsas hissəsi Tuqay meşələridir. 9658 hektar sahəni əhatə edən Qarayazı Dövlət qoruğunda adı “Qırmızı kitab”a düşmüş bir sıra bitki və quşlar qorunur. Qoruğun meşə ilə örtülü sahəsi 5300 hektardır. 1990-cı ildə Ağstafa rayonu inzibati vahid kimi Qazax rayonunun tərkibindən ayrıldıqdan sonra yaşayış məntəqələrinin bir neçəsinin adı dəyişdirilmişdir. Uzun illər Sovet dövrünün partiya xadimlərinin adını daşıyan və Sovet hakimiyyətini tərənnüm edən yaşayış məntəqələrinin adları yeni adlarla əvəz olunmuşdur. Belə ki, Kalinkənd, iskra, Marsovka, Oraq-Çəkic. V.İ.Lenin adına qəsəbə kimi yer adları dəyişdirilərək, xalqın inkişaf tarixinə və mədəniyyətinə uyğun adlarla əvəz olunmuşdur. (Kalininkənd-Vurğun qəsəbəsi adı ilə (1990-cı il), Kirovkənd Həsənsu kəndi adı ilə (1990-cı il), İskra Aşağı Kəsəmən kəndi adı ilə (1990-cı il), Marksovka Xətai kəndi adı ilə (1992-ci il). Oraq-Çəkic-Qaçaq Kərəm kəndi adlandırılmış, V.İ.Lenin adına qəsəbə Böyük Kəsik kəndi ilə birləşdirilmişdir.

Keçidlər