Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafa rayon Heydər Əliyev Mərkəzində Dövlət Məşğulluq Agentliyini tərəfindən əmək yarmarkası keçiriləcək

25 yanvar 2024 | 19:13

30 yanvar 2024-cü il tarixdə, saat 11:00-15:00-də Dövlət Məşğulluq Agentliyinin Qazax-Tovuz Regional Məşğulluq filialının təşkilatçılığı ilə keçiriləcək əmək yarmarkasında 12 müəssisə tərəfindən 100 vakansiyanın əmək yarmarkasına çıxarılması nəzərdə tutulub.

Yarmarkaya gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir. Namizədlərin CV nümunəsi ilə birlikdə gəlmələri arzuolunandır.

Vakansiyalar, iş öhdəlikləri və şərtlər haqqında daha ətraflı məlumat yarmarkada iştirak edən şəxslərə təqdim olunacaq.

Ünvan: Ağstafa şəhəri, Hüseyn Arif küçəsi 1 (Heydər Əliyev Mərkəzi)

 

 

Keçidlər