Ağstafa şəhərinin içməli su təchizatı ilə əlaqədar əhalimizin nəzərinə!
16 yanvar 2026 | 18:05
Aidiyyəti üzrə Ağstafa Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən Ağstafa şəhəri, M.Ə.Rəsulzadə küçəsində diametri 315 mm-lik siyirtmənin yenisi ilə əvəz edilməsi və 280 mm-lik su xəttində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar 21 yanvar 2026-cı il tarixində Ağstafa şəhərinə verilən içməli suyun verilişində müvəqqəti olaraq məhdudiyyət yaranacaqdır.
Nəzərə almağınızı xahiş edirik.






