“Bəzi yaşayış məntəqələrində qaz təchizatının dayandrılması barədə” Şəmkir Regional Qaz İstismar İdarəsi Ağstafa Xidmət Sahəsinin məlumatı:
Ağstafa AQPS-dən qidalanan d530mm daşıyıcı qaz xəttində yaranmış çatın bərpası, eləcə də yeni quraşdırılmış xəttin şəbəkǝyǝ qoşulması və müxtəlif diametrli qaz xətlərində mövcud korroziyaların əvəzlənməsi, aşkar olunmuş qaz sızmalarının aradan qaldırılması üçün qaz təchizatının dayandırılması zərurəti yaranmışdır.
Qeyd olunan nasazlıqların aradan qaldırılması üçün 18 mart 2026-cı il tarixində saat 09:00-dan işlər yekunlaşanadək Ağstafa şəhəri, Poylu, Saloğlu, Soyuqbulaq, Soyuqbulaqlar, Qarayazı və Həzi Aslanov qəsəbəsi, Dağkəsəmən, Pirili, Xilxına, Kolayır, Kolxəlfəli, Qarahəsənli, Düzqışlaq, Mollacəfərli, Poylu, Zəlimxan, Aşağı Kəsəmən, Qaraq Kəsəmən, Qaçaq Kərəm, Xətai, Yenigün, Köçvəlili, Sadıqlı, Ağgöl, Muğanlı və Böyükkəsik kənd yaşayış məntəqələrinin (ümumilikdə 12675 abonent) qaz təchizatı dayandırılacaqdır.
Nəzərə almağınızı xahiş edirik.






