Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Anar Bayramov 16 sentyabr 2022-ci il tarixində Ağstafa rayonunda vətəndaşları qəbul edəcək.
13 sentyabr 2022 | 19:01
Qəbulda Ağstafa rayonu sakinləri iştirak edə bilər.
Əlilliyin qiymətləndirilməsi, tibbi-sosial ekspertiza, #reabilitasiya və qurumun fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı müraciətiniz varsa, 16 sentyabr tarixinədək Çağrı Mərkəzinə zəng edə, dtsera@sosial.gov.az elektron poçt ünvanına yaza, eləcə də, #DTSERA-nın sosial şəbəkə hesabları vasitəsi ilə müraciət edib qeydiyyatdan keçməklə qəbula yazıla bilərsiniz.
Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib edilmiş siyahısı əsasında qəbul ediləcəklər.