Şriftin ölçüsü :

Saytın rəngi :

“Konstitusiya və Suverenlik ili” çərçivəsində Ağstafada uşaq, yeniyetmə və gənclər arasında aşıq sənəti müsabiqəsi keçiriləcəkdir

02 aprel 2025 | 18:03
Ağstafa Rayon İcra Hakimiyyətinin və Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik ili” çərçivəsində Ağstafada uşaq, yeniyetmə və gənclər arasında Aşıq sənəti müsabiqəsi keçiriləcəkdir.
İki mərhələdən ibarət müsabiqədə 8-29 yaş arası uşaq və gənclər olmaqla üç yaş qrupunda (8-13, 14-18 və 19-29 yaş) iştirak edə bilərlər. Birinci tur 17 aprel 2025-ci il, ikinci tur isə 22 aprel 2025-ci il tarixdə keçiriləcəkdir.
Müsabiqədə qeyd olunan yaşlar üzrə aşıq sənəti, saz ifaçılığı ilə məşğul olan istedadlı yeniyetmə və gənclər iştirak edə bilərlər. İştirakçılar qeydiyyat üçün aprelin 16-dək sənədləri (tam doldurulmuş və imzalanmış anket forması, 2 ədəd 3x4 ölçülü foto şəkil, şəxsiyyəti təsdiq edən sənədin surəti) Ağstafa Dövlət Rəsm Qalereyasına təqdim edə bilərlər. Eyni zamanda, qeyd olunan sənədləri sazmusabiqesi@gmail.com ünvanına göndərməklə də qeydiyyatdan keçmək mümkündür.
Müsabiqənin keçirilməsində əsas məqsəd, rayonda aşıq sənəti üzrə uşaq, yeniyetmə və gənclərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, xüsusi istedada malik olan ifaçıların aşkar edilməsi və bu sahənin inkişafına töhfə verməkdən ibarətdir.
Qeydiyyat üçün anket formasını aşağıdakı linkə daxil olaraq doldura bilərsiniz:
Əlavə məlumat üçün (02222) 2 10 08 telefon nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
Keçidlər