Şəmkir Regional Qaz İstismar İdarəsinin Ağstafa Xidmət Sahəsinin "Qaz təchizatının dayandırılması barədə" məlumatı
29 may 2025 | 15:17
30.05.2025-ci il tarixində saat 10:00-dan işlər yekunlaşanadək Ağstafa şəhəri, Poylu, Saloğlu, Soyuqbulaq, Soyuqbulaqlar, Qarayazı, Həzi Aslanov qəsəbəsi və Dağ Kəsəmən, Pirili, Xılxına, Kolayır, Kolxəlfəli, Qarahəsənli, Düzqışlaq, Mollacəfərli, Poylu, Zəlimxan, Aşağı Kəsəmən, Qıraq Kəsəmən, Qaçaq Kərəm, Xətai, Yenigün, Köçvəlili, Sadıqlı, Ağgöl, Muğanlı, Böyükkəsik kənd yaşayış məntəqələrinin qaz təchizatı müvəqqəti olaraq dayandırılacaqdır.
Belə ki, Ağstafa AQPS-dən qidalanan d530 mm daşıyıcı qaz xəttindən qidalanan müxtəlif diametrli qaz xətlərində aşkar olunmuş qaz sızmalarının aradan qaldırılması, korroziyaya uğramış hissələrin əvəzlənməsi və digər təmir-bərpa işlərinin aparılması üçün qaz təchizatının dayandırılması zərurəti yaranmışdır.
Nəzərə almağınızı xahiş edirik!