Şriftin ölçüsü :

Saytın rəngi :

1 noyabr - Kənd təsərrüfatı içiləri günü Ağstafada qeyd olunub

01 noyabr 2023 | 12:50

Tədbir iştirakçıları ilk öncə Ağstafa rayon Heydər Əliyev Mərkəzinin önündə Ümummilli Liderin abidəsi önünə gül dəstələri düzərək dahi rəhbərin xatirəsinə dərin ehtiramlarını bildiriblər.   

Tədbiri giriş sözü ilə açan Ağstafa Rayon İcra Hakimiyyəti başçısının müavini-sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri İlqar Hacıyev kənd təsərrüfatı işçilərini təbrik edib, onlara çətin və şərəfli işlərində uğurlar diləyərək Prezident İlham Əliyevin bu sahəyə göstərdiyi xüsusi diqqət və qayğıdan söz açıb. Qeyd olunub ki, dövlət dəstəyi proqramına start verilməsi, bu yöndə qəbul olunan qərarlar, imzalanmış Fərman və Sərəncamlar, həmçinin fermerlərin texnika, gübrə və damazlıq heyvanla təminatı ilə bağlı dövlət tərəfindən güzəştlərin tətbiq edilməsi, bütövlükdə fermer və kəndlilərə hərtərəfli diqqət və qayğının göstərilməsi dövlətin kənd təsərrüfatına, kəndə və kəndliyə münasibətini göstərir. Nəticədə iqtisadiyyatın, o cümlədən aqrar sektorun davamlı inkişafına real zəmin yaranır.

Sonra Ağstafa Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Ramiz İmanov kənd təsərrüfatı işçilərinin əməyinə yüksək qiymət verdiyinə görə ölkə rəhbərliyinə minnətdarlığını bildirərək bu günkü bayram gününü dövlətin aqrar sahəyə göstərdiyi diqqət və qayğının təzahürü kimi qiymətləndirib.  

Tədbirdə fəaliyyətlərində fərlqləndiklərinə görə bir sıra kənd təsərrüfatı əməkdaşı Ağstafa Rayon İcra Hakimiyyətinin müvafiq fəxri fərmanları ilə  təltif olunublar.

 

 

Keçidlər