Ağstafa rayonunda 2013-cü ildə hər həftənin şənbə günləri keçiriləcək ümumrayon iməciliklərinə start verildi
Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyevin imzaladığı müvafiq Sərəncama əsasən 02 mart 2013-cü il tarixdən etibarən cari ildə rayonda keçiriləcək ümumrayon iməciliklərinə start verildi.
İməcilikdə rayonun müəssisə, idarə və təşkilatlarının kollektivləri iştirak etdilər. Bakı-Qazax avtomobil yolunun rayon ərazisindən keçən hissəsi boyunca yol ətarfında səliqə-səhman işləri aparıldı. Şəhərin prospekt və küçələrində, park və xiyabanlarında təmizlik işləri aparıldı, ağacların dibi şumlandı. Yerli İcra nümayəndəlikləri və bələdiyyələr tərəfindən kənd və qəsəbələrdə aparılan iməclikdə kəndarası yollar məişət tullantılarından təmizləndi, ərazilərdə səliqə-səhman işləri həyata keçirildi.