Şriftin ölçüsü :

Saytın rəngi :

Leysan, dolu yağışı və güclü küləyin fəsadları aradan qaldırılır

21 iyun 2017 | 11:00

20.06.2017-ci il tarixdə saat 19:10 radələrindən başlayaraq təxminən bir saat ərzində Ağstafa rayonunun ərazisində dolu ilə müşayiət olunan leysan yağışı yağmış, güclü külək əsmişdir. Nəticədə meyvə bağlarına, tərəvəz və bostan bitkilərinə, taxıl sahələrinə ciddi ziyan dəymişdir.  Ağstafa şəhərinin N.Nərimanov, C.Cabbarlı, Ə.Nəbiyev, 20 yanvar küçələrində, eləcə də bir çox yaşayış məntəqələrində  sel suları sakinlərin evlərinin zirməsinə və həyətlərinə dolmuşdur,  güclü külək yol kənarlarında ağacları aşırmışdır, suvarma arxları daşaraq ətrafı yumuşdur.  Bəzi yaşayış kləndlərinə verilən elektrik enerjisinin verilişində fasilələr yaranmışdır.
Təbii hadisə ilə əlaqədar dərhal Ağstafa rayon İcra hakimiyyəti başçısı yanında Fövqəladə Hallar üzrə Komissiyanın iclası çağırılmış,  təbii hadisə nəticəsində baş vermiş fəsadların operativ qaydada həll olunması istiqamətində zəruri tədbirlər həyata keçirilmişdir. Aidiyyəti qurumlara rəsmi müraciətlər ünvanlanmışdır.
Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev, rayonun digər məsul şəxsləri ilə birlikdə yaşayış məntəqələrində olmuş, sakinlərlə görüşmüş və bu istiqamətdə konkret tapşırıqlarını vermişdir.

Keçidlər