Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Ağstafa rayon təşkilatının VIII konfransı keçirildi

22 iyun 2017 | 11:00

Bu gün Ağstafa rayon Mədəniyyət Mərkəzində Yeni Azərbaycan Partiyası Ağstafa rayon Təşkilatının VIII konfransı keçirildi. Konfransda Ağstafa rayon İcra hakimiyyətinin başçısı Məhərrəm Quliyev, millət vəkilləri Hadı Rəcəbli, Naqif Həmzəyev, Yeni Azərbaycan Partiyası aparatının məsul işçisi Rəfail Gülməmmədov  və YAP Ağstafa rayon təşkilatının konfrans nümayəndələri iştirak edirdilər. Konfransdan  öncə tədbir  iştirakçıları  Ağstafa şәhәri Heydər Əliyev adına mədəniyyət və istirahət parkında  Ulu Öndәrin abidәsi önünә gül dәstәlәri qoyub, Ümummilli Liderin әziz xatirәsini ehtiramla yad ediblәr.
Konfransda YAP Ağstafa rayon tәşkilatının sәdri Ramiz Tatarov hesabat mәruzәsi ilә çıxış etdi. Qeyd olundu ki, YAP Ağstafa rayon tәşkilatı ötәn dövrdә sıralarını xeyli genişlәndirib. YAP Ağstafa rayon tәşkilatı partiyanın Proqram vә Nizamnamәsinә uyğun olaraq qarşıya qoyulan vәzifәlәrin öhdәsindәn bundan sonra da lәyaqәtlә gәlәcәk. YAP Ağstafa rayon tәşkilatı partiyanın V qurultayında qәbul edilmiş qәrarların, elәcә dә İdarә Heyәtinin qәrarlarının icrasını daim yüksәk sәviyyәdә hәyata keçirib. Ramiz Tatarov nәzәrә çatdırıb ki, rәhbәri olduğu rayon tәşkilatı hәr zaman öz nümunәvi fәaliyyәti ilә fәrqlәnmәyә çalışıb, 2015-¬ci ildә keçirilmiş parlament  seçkilәrindә vә 2016¬-cı ildә Azәrbaycan Respublikasının Konstitusiyasına әlavә vә dәyişikliklәrlә bağlı keçirilәn referendumda üzәrinә düşәn vәzifәlәri layiqincә yerinә yetirib. Hesabat mәruzәsindәn sonra nәzarәt¬tәftiş qrupunun hesabatı dinlәnilib. YAP Siyasi Şurasının üzvü, Milli Mәclisin komitә sәdri Hadi Rәcәbli bildirib ki, YAP cәmiyyәtdә böyük nüfuza sahib olan partiyadır. Ulu öndәr Heydәr Әliyevin yaratdığı Yeni Azәrbaycan Partiyası xalqımızın vә ölkәmizin hәyatını kökündәn dәyişdirib, eyni zamanda, siyasi mübarizәlәrlә zәngin şәrәfli yol keçib. İqtidar partiyası olaraq, Yeni Azәrbaycan Partiyası Heydәr Әliyev siyasәtinin avanqard qüvvәsi kimi, xalqımızın qarşısında dayanan vәzifәlәrin hәll edilmәsinә layiqli töhfәsini verib vә bundan sonra da verәcәk. Öz sıralarında ictimaiyyәtin bütün tәbәqәlәrini birlәşdirәn Yeni Azәrbaycan Partiyası ümummilli lider Heydәr Әliyevin parlaq ideyalarının daşıyıcısı kimi cәmiyyәtdә aparıcı rolunu gündәn¬günә daha da möhkәmlәndirmәkdәdir. Hәyat çoxdan sübuta yetirib ki, ulu öndәr Heydәr Әliyevin zәngin siyasi vә dövlәtçilik tәcrübәsinә әsaslanan Yeni Azәrbaycan Partiyası ölkәmizdә әn güclü, әn monolit siyasi tәşkilatdır vә ictimai nüfuzuna görә onunla müqayisә edilә bilәcәk digәr partiya mövcud deyil. Qeyd edilib ki, YAP tarixi zәrurәtdәn yaranıb. YAP Azәrbaycanın ictimai¬siyasi hәyatına qurucu partiya kimi daxil olmaqla hәyatın bütün sahәlәrinә yeni ruh, yeni nәfәs gәtirdi. Yarandığı gündәn onun xalq arasında siyasi nüfuzu, siyasi gücü artdı, inkişafımızın bütün sahәlәrinә tәsir etmәk qabiliyyәti yüksәldi. Konfransda iştirak edәn Milli Mәclisin deputatı Naqif Hәmzәyev isә vurğulayıb ki, Yeni Azәrbaycan Partiyası Azәrbaycanın әn güclü siyasi tәşkilatı olmaqla, ölkәmizin ictimai¬siyasi hәyatında fәal rol oynayır. YAP ötәn dövrdә çәtin vә şәrәfli yol keçib. YAP¬ın tәmәli möhkәm vә әzәmәtlidir. Gәlәcәyinin dә әzәmәtli olması üçün burada yüksәk intellektli gәncliyin imkanlarından istifadә olunması da vacib şәrtdir. Ağstafa Rayon İcra Hakimiyyәtinin başçısı Mәhәrrәm Quliyev YAP-¬ın vә müasir Azәrbaycan dövlәtinin qurucusu, ölkәmizi mәhv olmaq tәhlükәsindәn xilas etmiş ulu öndәr Heydәr Әliyevin misilsiz tarixi xidmәtlәrindәn, partiyanın böyük siyasi güc  kimi cәmiyyәtimizdәki mövqeyindәn bәhs edib. Konfransda sәdrin mәruzәsi әtrafında çıxışlar olub. Vurğulanıb ki, 1992-¬ci ildә Yeni Azәrbaycan Partiyasının yaradılması dövlәtimizin tarixindә mühüm әhәmiyyәt kәsb edәn hadisәlәrdәn biri olub. Bu partiya sağlam düşüncәli, sağlam fikirli insanları birlәşdirmәk vә Azәrbaycanın o mürәkkәb dövründә ölkәnin problemlәrinin hәllindә iştirak etmәk, öz xidmәtlәrini göstәrmәk mәqsәdilә yarandı. Azәrbaycan bu gün Prezident İlham Әliyevin rәhbәrliyi ilә uğurla inkişaf edir. Yeni Azәrbaycan Partiyası isә bu inkişafın önündә lokomotiv kimi çıxış edir, xalqa sәdaqәtlә xidmәt edir. Sonda tәşkilati mәsәlәlәr müzakirә edilib, Ramiz Tatarov yenidәn YAP Ağstafa rayon tәşkilatının sәdri seçilib. Konfransda yeni tәrkibdә rayon tәşkilatının Şurası vә İdarә Heyәti seçilib.

Keçidlər