Şriftin ölçüsü :

Saytın rəngi :

Sadıqlı kəndinə təbii qaz verildi.

05 iyul 2017 | 11:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bölgələrdə yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində verdiyi müvafiq tapşırıqlar, Ağstafa rayonunda uğurla icra edilir.
     Bu gün Sadıqlı kəndində ilk dəfə təbii qazın verilməsi münasibətilə keçirilən mərasimdə Ağstafa rayon İcra hakimiyyətinin başçısının müavinləri, Şəmkir Regional Qaz-İstismarı İdarəsinin rəisi Oqtay Qarayev, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, eləcə də kənd sakinləri iştirak etmişlər. Sadıqlı  kəndinin qazlaşdırılması üçün daşıyıcı xətt, kəndin daxilində isə orta təzyiqli qaz xətləri çəkilib, bütün mənzillərə qaz sayğacları və fərdi tənzimləyici quraşdırılıb. Yaşayış məntəqəsinin qazlaşdırılması üçün, ümumilikdə, 41481 metr müxtəlif diametrli dəmir borulardan istifadə olunub. Kənddə 3298 nəfər yəni, 641  abonent ilk dəfə “mavi yanacaq”dan istifadə edəcək.
Mərasimdə çıxış edənlər yaşayış məntəqəsinə təbii qazın verilməsi münasibətilə kənd sakinlərini təbrik ediblər. Bildirilib ki, regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarına uyğun olaraq respublikanın digər şəhər və rayonları kimi, Ağstafa rayonunun yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində də ardıcıl tədbirlər həyata keçirilir. Ümumilikdə rayonun 39 yaşayış məntəqəsindən 36-na təbii qazın verilməsi təmin olundu. Mərasimdə çıxış edən kənd ağsaqqalları əhalinin sosial problemlərinin həllinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Sonra qaz xəttinin açılışını bildirən məşəl alovlandırılıb, kəndə təbii qaz verilib.

Keçidlər