“ Səyyar ASAN ” xidməti 10 iyul-29 iyul 2017-cı il tarixlərində Ağstafada vətəndaşlara səyyar xidmət göstərəcəkdir.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "ASAN xidmət" Mərkəzinin “SƏYYAR ASAN” xidməti 10 iyul 2017-cı il tarixdən 29 iuyl 2017-cı il tarixədək Ağstafa rayonunda vətəndaşlara səyyar xidmət göstərəcəkdir.
Ünvan: Ağstafa şəhəri, Hüseyn Arif küçəsi, Mərkəzi stadionun qarşısı.
Əlavə məlumat üçün “108” Çağrı mərkəzi ilə əlaqə saxlaya bilərsiniz.
Göstəriləcək xidmətlər:
Ədliyyə Nazirliyi:
• Notariat fəaliyyəti;
• Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı.
Daxili İşlər Nazirliyi:
• Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;
• Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;
• Sürücülük vəsiqələrinin dəyişdirilməsi.
Dövlət Sosial Müdafiə Fondu:
• Əmək pensiyalarının təyin edilməsi;
Əmlak Məsələləri Dövlət Komitəsi:
• Yaşayış evləri (fərdi) üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların (ilkin qeydiyyat istisna olmaqla) verilməsi;
• Mənzillər üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların verilməsi;
• Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüqüqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi.
Yardımçı xidmətlər:
• Bank xidməti (dövlət rüsumlarının və xidmət haqlarının qəbulu);
• Foto xidməti;
Tibbi xidmət. •Laboratoriya xidməti ( daxildi 400 növ üzrə analiz.) •Aptek xidməti.