Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafada “İslam həmrəyliyinin təbliğində dini icmaların fəaliyyətinin başlıca istiqamətləri” mövzusunda tədbir keçirildi

20 iyul 2017 | 11:00

Tədbiri giriş sözü ilə Ağstafa rayonu İcra hakimiyyəti başçısının birinci müavini Ramiz Tatarov açaraq bildirdi ki, Ağstafa rayonunda dövlət-din münasibətlərinin tənzimlənməsi, rayonda fəaliyyət göstərən dini icmalarla işin qanunauyğun təşkili, dini ibadət və mərasimlərin keçirilməsi sahəsində müəyyən təcrübə əldə edilmişdir.                                                                                                                                                                                                          
Ağstafa rayonunda dini qurumlarla münasibətlər Azərbaycan Respublikasının  Konstitusiyası və “Dini etiqat azadlığı haqqında” Azərbaycan Respublikası qanunlarına əsasən qurulur. Qeyri ənənəvi dini təriqətlərin zərərli təbliğatının qarşısının alınması məqsədilə mütamadi olaraq tədbirlər həyata keçirilir.
Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı geniş məruzə edərək bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2017-ci ilin Azərbaycan Respublikasında “Islam Həmrəyliyi ili” elan edilməsi ilə əlaqədar Sərəncaməndan irəli gələn vəzifələrin icrası məqsədilə və eyni zamanda məzhəblər arasında dini tolerantlığın qorunması, həmrəyliyin təmin edilməsi və dini radikalizmə qarşı mübarizə güçləndirilməsi sahəsində Komitə tərəfindən silsilə tədbirlər həyata keçirilir. Keçirilmiş tədbirlərdə əsas məqsəd yeniyetmə və gənlər arasında dini maarifləndirmə işlərinin aparılmasıdır.
Daha sonra  Rayon Ağsaqqallar Şurasının sədri Ağstafa cümə məscidinin dini icmanın üzvü Firdovsi Heydərli və Qazi İlham Süleymanov çıxış edərək bildirdilər ki, Azərbaycanda din dövlətdən ayrı olsa da, ölkə rəhbərliyi səviyyəsində islama, onun ayrı-ayrı mübarək bayramlarına yüksək hörmət, ehtiram, etiqad mövcuddur.

Keçidlər