Şriftin ölçüsü :

Saytın rəngi :

Baş prokuror Gədəbəydə vətəndaşları qəbul edəcək

24 iyul 2017 | 11:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Zakir Qaralov bu il iyulun 28-də saat 10:00-da Gədəbəy rayon prokurorluğunun inzibati binasında Gədəbəy, Şəmkir, Tovuz, Ağstafa və Qazax rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirəcək.

   Qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaq. Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Gədəbəy şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı,Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79-nömrəli telefonu-və contact@prosecutor.gov.az elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.

Keçidlər