Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev Mərkəzində gənclərin növbəti nikah mərasimi keçirildi

23 iyul 2017 | 11:00

Ağstafa rayonu Heydər Əliyev Mərkəzinin Nikah zalında yeni ailə həyatı quran gənclərimizin rəsmi nikahlarının qeyd olunması üçün ən yüksək şərait yaradılmışdır. Növbəti belə tədbir Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olmuş Müzəffər Bağırovun oğlu Əli Bağırovun nikah mərasimi olmuşdur. Yeni ailə həyatı quran gənclər əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edərək Ulu Öndərin əziz xatirəsinə dərin ehtiramlarını bildirdilər. Mərasim iştirakçıları Heydər Əliyev Mərkəzinə ekskursiya etdikdən sonra mərkəzin Nikah zalında nikah aktının imzalanması mərasimi keçirildi. Tədbirdə iştirak edən Ağstafa rayonu İcra hakimiyyəti başçısı aparatının məsul işçisi Əziz Məsmalıyev rayon rəhbərliyinin adından yeni ailə quran gəncləri təbrik edərək onlara ən xoş arzularını çatdırdı.
Gənclər onlara göstərilən bu cür yüksək diqqət  və qayğı üçün minnətdarlıq etdilər və öz nikah mərasimlərinin Heydər Əliyev Mərkəzində keçirilməsini həyatlarının ən xoş anları kimi xatırlayacaqlarını bildirdilər. Daha sonra xatirə şəkilləri çəkdirildi.

Keçidlər